Paytaxtın Səbail rayonunda, Salyan şosesinin 12-ci km-də baş vermiş yanğın söndürülüb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xəzər dənizi sahilində baş vermiş yanğın 3 nəfərin həyatını təhlükə altına atıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları və dalğıc qrupları 30 yaşlı Xəyal İsmayılovu, 36 yaşlı Elşən İbrahimovu və 44 yaşlı Murad Həmidovu xilas ediblər.
Yanğın söndürülüb.
29 noyabr axşam saatlarında Xəzər dənizi sahilinin Xətai rayonu ərazisində yanğının başlaması barədə məlumat yayılmışdır.
[caption id="attachment_81091" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]