Bakıda evdən bank kartı oğurlanıb. Bu haqda 30 aprel tarixində Report məlumat verib.
Səbail rayonunda aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibinə məxsus bank kartı oğurlanıb və hesabındakı 1200 manat çıxarılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.