Paytaxtın Səbail rayonunda oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
T.Tağıyev rayon ərazisində A.Kazımlının çantasından 1417 AZN, 2 ədəd mobil telefon, qızıl boyunbağı, sənədlər və bank kartları olan pulqabı oğurlamaqda şübhəli bilinir. Onun digər şəxslərdən də oğurluq etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam edir.