Bakının Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın 2-ci mərtəbəsində olan 2 otaqlı mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.