Səbail rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Salyan şosesində baş verib. 22 yaşlı Əlibala Musayev etibarnaməsiz xalası oğlunun “Hyundai Santa Fe” markalı avtomobilini idarə edərkən yolu keçən 53 yaşlı Cahid Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.