Paytaxtın mərkəzi küçəsində avtomobil aşıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
“Range Rover” markalı avtomobil Bülbül prospektində işıqforun qırmızı işığından keçən zaman digər nəqliyyat vasitəsi ona çırpılıb. Nəticədə birinci, aldığı zərbədən çevrilib.
Xəsarət alanlar barəsində məlumat yoxdur.
Daha bir qəza Səbail rayonu, Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində baş verib. Bu haqda Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Kia” markalı avtomobil “STOP” nişanı tələbinə əməl etməyib. Bu zaman digər yoldan gələn “Dodge” markalı nəqliyyat vasitəsi onunla toqquşub.
Araşdırma davam edir.