Paytaxtın Səbail rayonunda telefon oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağcabədi rayon sakini N.Səlimov Bakı şəhər sakinləri L.Hüseynəliyevanın və E.Abdullayevanın hərəsinin dəyəri 3000 manat olan mobil telefonlarını oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.