Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, müxtəlif vaxtlarda ərazidə yerləşən kafedə və mağazada 2 nəfərin mobil telefonları oğurlanıb.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Z.Mustafayev və Hacıqabul rayon sakini B.Mikayılov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.