Paytaxtın Səbail rayonunda köşkdə yanğın baş verib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.m olan köşk tamamilə yanaraq kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.