Bakının Səbail rayonu ərazisində fevralın 12-də mənzillərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, evdən içərisində 1225 manat və 550 ABŞ dolları olan pulqabı oğurlanıb. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən İmişli rayon sakini O.Qolaylı saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.