Axtarışda olan şəxs Bakıda mağazadan oğurluq edib. Bu haqda 16 aprel tarixində APA məlumat verib.
Səbail rayonu, Z. Əliyeva küçəsindəki mağazanın kassasından 2300 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılıb. Axtarış zamanı onun üzərində heroin aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, o, Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə axtarışdadır. Həmçinin, Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə 980 manat pullarını alıb.