Səbail rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
23 yaşlı Tural Şiriyev “Hyundai” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yol kənarındakı maneəyə çarpılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Onun sərnişin kimi oturan qardaşı, 23 yaşlı Turqay Şiriyev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.