Paytaxtın Səbail rayonu, Rəşid Behbudov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində avtomobil aşıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə “BMW” və “Prius” markalı avtomobillər toqquşub. Nəticədə sonuncu zərbənin gücündən çevrilib.
Nəqliyyat vasitələri evakuatorla ərazidən götürülüb. Faktla bağlı araşdırma aparılır.