Bakının Səbail rayonunda vətəndaşdan telefon oğurlanıb. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 17-də axşam saatlarında rayon ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə talanıb.
Polis əməkdaşlarının keçirdikləri təbdir nəticəsində şübhəli bilinən qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.