Paytaxtın Səbail rayonunda xanım itkin düşən həyat yoldaşını axtarır. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
F.Əhmədova polisə müraciət edərək 32 yaşlı həyat yoldaşı Əlövsət Əhmədovun itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, kişi evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırmaya başlanılıb.