Paytaxtın Səbail rayonunda qadınları narkotik alverçiliyinə cəlb edən şəxs tutulub. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə isitnadən xəbər verir.
Keçirilən əməliyyat zamanı adıçəkilən rayonda narkotik alveri ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb. O, Salyan rayon sakini Emil Hacıyev tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Qısa zamanda saxlanılan E.Hacıyevin üzərindən və yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi aşkar edilib. Narkotacir narkotikləri “Əsgər” adlı İran vətəndaşından aldığını vurğulayıb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_98859" align="alignnone" width="640"]
Foto DİN[/caption]