Bakının Səbail rayonu ərazisində fevralın 11-də axşam saatlarında 3 nəfəri bıçaqla hədələyən, onların birindən içərisində 2.000 ABŞ dolları və sənədlər olan cüzdanını quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə ilə bağlı Səbail RPİ 39-cu Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Cavadov və Biləsuvar rayon sakini Asif Bağışov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.