Bakının Səbail rayonunda restoranda və klubda 2 nəfərin telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin “oğurluq” maddəsi ilə də axtarışda olan Bakı şəhər sakini A.Baxışov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.