Paytaxtın Səbail rayonu, Neftçilər prospektində hərəkətdə olan avtomobil onun qarşısına keçən “Prius”-u vuraraq yoldan çıxarıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az sosial şəbəkələrdə yayılan videoya istinadən xəbər verir.
Taksi fəaliyyəti göstərən “Prius” markalı nəqliyyat vasitəsi bir neçə dəfə sağdan ötmə hərəkəti etmək istəyib. Məqsədinə çatan sürücü, digər avtomobilin zolaq dəyişməsinə məhəl qoymayaraq, yenidən onun qabağına çıxıb.
Nəticədə səbri tükənən digər nəqliyyat vasitəsinin sürücüsü “Prius”-u arxadan vuraraq, zolaqdan çıxarıb.