Bakıda sinif yoldaşını bıçaqlayan 11-ci sinif şagirdinə hökm oxunub. Bu haqda 7 iyun tarixində Oxu.az məlumat verib.
Səbail rayonunda 2022-ci ilin yanvar ayında 18 yaşlı Nihad Fərhadov 17 yaşlı Cəmil Həsənovu bıçaqlayıb. Hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində sinif yoldaşını bıçaqlamaqda ittiham olunan Nihad Fərhadov 5 il 7 ay azadlıqdan məhrum olunub.