SOCAR-ın Böyük Britaniya vətəndaşı olan əməkdaşı vəfat edib. Bu haqda 3 may tarixində Qafqazinfo məlumat verib.
SOCAR-da layihə rəhbəri vəzifəsində işləyən 63 yaşlı Hipvort Adrian Norman Səbail rayonu, Dostluq küçəsindəki mənzilində dünyasını dəyişib.
H.A.Norman 1994-cü ildən Bakıya köçüb və burada ikinci dəfə ailə quraraq daimi yaşayıb.
Faktla bağlı araşdırma aparılır.