Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, martın 18-də gecə saatlarında rayon ərazisində bir nəfər kəsici alətlə hədələnərək 100 manatı soyğunçuluq yolu ilə talanıb.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İlham Hətəmov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.