Bakının Səbail rayonu, Badamdar qəsəbəsində soyğunçuluq yolu ilə telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Mayın 23-ü saat 01:00 radələrində Səbail RPİ 41-ci PB-yə Badamdar qəsəbəsindən olan vətəndaş X.Hüseynzadə məlumat verib ki, naməlum şəxs ona zor tətbiq edərək mobil telefonunu əlindən alıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ehtibarov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.