Paytaxtın Səbail rayonunda yanğın başlayıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışmanın sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda qeydə alındığı bildirilir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınsöndürmə işləri davam edir.