Bakının Səbail rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 4 may tarixində APA məlumat verib.
“Toyota” markalı avtomobilin sürücüsü Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində işıqforun qırmızı işığından keçib. Həmin zaman o, Bülbül prospektində hərəkətdə olan “Nissan” markalı avtomobilə çırpılıb.
“Nissan”-da olan sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.