Bakının Səbail rayonu ərazisində bu gün, 13 yanvar gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda APA məlumat verib.
Azneft dairəsində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili “Chevrolet” markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.
Daha öncə, 26 dekabr tarixində həmin ərazidə “Toyota Prius” markalı avtomobil qarşısında hərəkətdə olan “Dodge Charger” markalı avtomobilə çırpılmışdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, toqquşmadan sonra sürücülər arasında əlbəyaxa dava düşmüşdür.