Bakıda restoran işçisini avtomobil vuraraq öldürüb. Bu haqda 12 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verib.
Səbail rayonunda 46 yaşlı Sevinc Aslanova işlədiyi “Mangal Steak” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Bu zaman “Chevrolet” markalı avtomobilin sürücüsü 24 yaşlı Murad Əliyev qadını vurub. Sevinc Aslanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Murad Əliyev saxlanılıb. Faktla bağlı araşdırma davam edir.