Səbail rayonunda qadını avtomobil vurub. Bu haqda 27 yanvar tarixində APA məlumat verib.
Bayıl qəsəbəsində piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçən 57 yaşlı Sevda Məmmədovanı minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.