Bakının 2 rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Report-a istinadən Səbail rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 2 nömrəli avtobus avtomobillə toqquşub, nəticədə avtobus sərnişini 31 yaşlı Almara Məsimova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına əsasən, Nəsimi rayonu Həsən Əliyev küçəsində “Porche” markalı avtomobil yol kənarında dayanan “Hyundai” markalı avtomobilə çırpılıb. Nəticədə “Porche” deformasiyaya uğrayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.