Bakıda yanğın hadisələri qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 21 fevral tarixində xəbər verir.
Paytaxtın Nizami rayonunda, Əli Vəliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın olub. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub.
Səbail rayonunda mebel sexi və anbar kimi fəaliyyət göstərən ümumi sahəsi 600 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisinə yığılan yumşaq mebel dəstləri 150 kv.m sahədə yanıb.
Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Evin və obyektin qalan hissəsi yanğından mühafizə olunub.