Səbail rayonunda parklanma lövhəsi oğurlanıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə isitnadən xəbər verir.
Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov rayon ərazisində yerləşən və ümumi dəyəri 1400 AZN olan 2 ədəd parklanma lövhəsi oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.