Səbail rayonunda avaralıq edənlər saxlanılıblar. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində avaralıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb. Onlar barəsində müvafiq tədbirlər görülüb.