Səbail rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Renault” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobil tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.