Bakının Səbail rayonu, Bayıl qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Qəza Mikayıl Useynov küçəsində qeydə alınıb. Yağışlı hava şəraiti səbəbindən “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çarpılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar. Nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Посмотреть эту публикацию в Instagram