Bakının Səbail rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
17 avqust tarixində “Ford” markalı avtomobili idarə edən T.Ənvərnia yolu keçən Ş.Quliyevi vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.