Bakının Səbail rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Binanın girişində quraşdırılan elektrik lövhəsi və giriş-çıxış kabelləri yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.