Bakının Səbail rayonunda ağac avtomobilin üstünə aşıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Patrul.az-a istinadən məlumat verir.
Hadisə adıçəkilən rayonda yerləşən həyətlərin birində baş verib. Güclü külək səbəbindən ağac qırılaraq “Mitsubishi Pajero” markalı avtomobilin üzərinə aşıb. Nəticədə nəqliyyat vasitəsinə ziyan dəyib.
Məsələ ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/patrul.mp4"][/video]