Səbail rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Hyundai” markalı nəqliyyat vasitəsində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi alışıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.