Bakının Səbail rayonunda yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, sözügedən ərazidə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hazırda araşdırmalar aparılır.