Səbail rayonunda mağazadan oğurluq edilib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Əli Abdullayev və Abbasağa Rzayev rayon ərazisində yerləşən mağazaların birindən 1500 AZN dəyərində oğurluq etməkdə şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.