Bakının Səbail rayonunda yerləşən mağazada yanğın baş verib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 1100 kv.m olan mağazada qeydə alınıb. Yanğın zamanı mağazanın içərisində 4 soyuducu yanıb. Mağazanın qalan hissəsinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.