Səbail rayonunda avtomobil kişini vurub. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
41 yaşlı Ruhin Mehdiyev avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.