Səbail rayonu, Aydın Məmmədov küçəsində divar uçub. Bu haqda bu gün, 20 sentyabr Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Sakinlər iddia edirlər ki, hadisə su sızması səbəbindən baş verib. Nəticədə yaxınlıqda park olunmuş avtomobillərə ziyan dəyib.
“Əraziyə idarənin əməkdaşları tərəfindən baxış keçirilib. Baş verən hadisənin ərazidə yaşayan sakinlərdən birinin su çənindən sızıntı ilə əlaqəli olduğu ehtimal edilir. Ərazidə quruma aid heç bir su xətti mövcud deyil”, – deyə “Azərsu” ASC-nin Səbail Rayon Su Kanal İdarəsindən bidirilib.
[video width="640" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/09/360p.mp4"][/video]