Bakının Səbail rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
15 yaşlı Pərvanə Ləman İstiqlaliyyət küçəsində yerləşən yaşadığı evdən telefon təmir etdirmək adı ilə çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda qızın axtarışları davam edir.