Səbail rayonunda avtomobil daşıyan maşın alışıb. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Bakı-Salyan yolunda baş verib. Nəticədə avtomobil daşıyan yük maşınının mühərrik hissəsi yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.