Yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın zamanı 20 mağazaya ziyan dəyib. Bu haqda bu gün, 9 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ticarət mərkəzində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700 kv.m olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800 kv.m sahədə yanıb.
Hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yüngül xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, yanğın zamanı mağazalardan oğurluğa cəhd edən iki nəfər polis tərəfindən saxlanılıb.