Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Yanğın Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının müdaxiləsi nəticəsində qısa müddət ərzində söndürülüb.