Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Ümumi sahəsi 250 kv.m olan tikinti materialları anbarının qarşısına 15 kv.m sahədə yığılan tikinti materiallarının üzərinə çəkilən karton üzlüklər yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Anbar yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.