Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın zamanı 3 nəfər xəsarət alıb. Bu haqda bu gün, 9 yanvar tarixində TƏBİB-ə istinadən Bakuplus.az məlumat verir.
Ötən gün ticarət məkəzində olan yanğın səbəbindən hadisə yerinə 4 təcili tibbi yardım braqadası göndərilib. 2 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlardan biri yanğına cəlb olunan polis əməkdaşıdır.
Həmçinin bir nəfərə tüstüdən zəhərlənmə, bir nəfərə sol əlin travması, bir nəfərə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.
8 yanvar tarixində “Sədərək” TM-də yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdşaları cəlb olunublar. Yanğının söndürülməsinə FHN-in Yanğından Mühafizə Xidmətinin 20-yə yaxın texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.
[caption id="attachment_86095" align="alignnone" width="640"]
Foto FHN-nin rəsmi saytı[/caption]