Qaradağ rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini R.Zaidov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən həmyerlisi Y.Lətifovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.